Bu ölkəyə ABŞ gəmiləri buraxmadı

Bu ölkəyə ABŞ gəmiləri buraxmadı

Solomon adalarının rəsmiləri ABŞ Sahil Mühafizəsi gəmisinin onların limanına daxil olmasına icazə verməyib.

    
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin Honoluludakı sözçüsü leytenant Kristin Kam məlumat verib.


"Solomon adaları hökuməti ABŞ hökumətinin Honiarada yanacaqdoldurma və tədarük üçün diplomatik icazə tələbinə cavab vermədi. ABŞ Sahil Mühafizəsi gəmisinin qəbul etməkdən imtina edilməsi Solomon adalarının Qərb dövlətləri ilə əlaqələrini Çinin xeyrinə kəsməsi ilə bağlı narahatlıqları artırır", - Kam bildirib.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR