“Abituriyentlər özəl universitetləri seçmək istəmirlər” - Ekspert

“Abituriyentlər özəl universitetləri seçmək istəmirlər” - Ekspert

“Azərbaycanda özəl universitetlərə inam azalıb”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, hazırda ali məktəblərə ixtisas seçimi davam edir və bu istiqamətdə bir neçə  narahatverici məqam var:

 

“Ali təhsil müəssisələrimizlə bağlı müəyyən problemlər müşahidə edirəm. Hətta ən az bal toplayan abituriyentlər belə özəl universitetləri seçmək istəmirlər. Arqumentləri də bu cürdür: “Özəl universitetin diplomu tanınmır”. Buna görə də insanların  özəl ali təhsil müəssisələrinə inamı azdır”.

 

Müsahibimiz bununla bağlı valideynlər, abituriyentlərə müraciət edib:

 

“Azərbaycan daxilində olan bütün universitetlərin diplomları ölkədə tanınır. İstər özəl, istərsə də dövlət universitetlərinin diplomları eyni hüquqi qüvvəyə malikdir. İşəgötürən tərəfə sizin haranı bitirməyiniz yox, nəyi bitirməyiniz maraqlıdır. Əsas da bilik və bacarıqlarınızın səviyyəsi önəmlidir”.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sona yaxınlaşır. İxtisas seçimi avqustun 28-i saat 23:59-dək davam edəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR