Tofiq Bəhramovun qərarı 50 ildən sonra sübut olundu - VİDEO, FOTO
23:43 / 06.01.2016
1002
Britaniyanın Sky Sports telekanalı xüsusi araşdırmada azərbaycanlı hakim Tofiq Bəhramovun 50 il əvvəl verdiyi qərarın düz olduğunu təsdiqləyib.
ANS PRESS-in məlumatına görə, DÇ-1966-cı ilin finalında keçirilən İngiltərə - AFR (Almaniya Federativ Respublikası) matçında həmyerlimiz Tofiq Bəhramovun verdiyi qərar növbəti dəfə müzakirəyə çıxarılıb.
EA Sportsun müasir texnologiyaların köməyi ilə müəyyən olunub ki, Tofiq Bəhramov o vaxtı düz qərar verib. Verilişin aparıcısı əfsanəvi Cimmi Karraqer və Ed Çemberlen bu barədə diskussiya aparıblar.

“Nəhayət ki, yan hakimin qərarının düz olduğu müəyyən olunub. Bəli, ola bilsin o, qərar vermək üçün əla mövqədə olmayıb, lakin biz sübut etdi ki, Tofiq Bəhrəmov düz qərar verib”.

Əfsanəvi hakimin 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar “Uembli” stadionuna toplaşmış 98000 izləyicinin yaddaşına həkk olunub və dünya futbol tarixinə qızıl hərflərlə yazılıb.

Tofiq Bəhramov
Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından əlavə vaxt oynanılır. Görüşün 101-ci dəqiqəsində Cefri Hertsin mübahisəli qolu məhz Tofiq Bəhramovun qərarından sonra qeydə alınıb.