“Quru yolların bağlı olması tələbələrə problem yaradır” - Deputat

Cəmiyyət
14:54 / 25.08.2022
10057
“Quru yollar bağlıdır və təyyarə biletlərinin qiyməti yüksəkdir, bu məsələ xaricdə təhsil alan tələbələr üçün müəyyən çətinliklər yaradır”.
Sfera.az bildirir ki, bunu deputat Ceyhun Məmmədov deyib.
Millət vəkili fikirlərini bu cür izah edib:
“Hesab edirəm ki, nəqliyyatın bütün növlərində, həm daxildə, həm də xaricə, tələbələrə güzəşt edilməsinə ehtiyac var. Dövlət hər zaman tələbələrə yüksək qayğı göstərir”.
C.Məmmədov tezliklə bu istiqamətdə qərar qəbul edilməsinin yaxşı olacağını vurğulayıb.
Türkan,
Sfera.az