Brayantla bağlı məhkəmədə yekun qərar verildi: 16 milyon dollar təzminat..

Brayantla bağlı məhkəmədə yekun qərar verildi: 16 milyon dollar təzminat..

Məşhur basketbolçu Kobe Brayantın həyat yoldaşı Vanessanın məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az bildirir ki, xanım Brayant ərinin və qızının ölümünə səbəb olan helikopter qəzasından uyğun olmayan fotoların çəkilməsi və sızdırılması ilə bağlı məhkəmədə qələbə qazanıb. Belə ki, qərara əsasən, Vanessaya 16 milyon dollar təzminat ödəniləcək.

 

Ötən həftə məhkəmədə şahid qismində dinlənilən Vanessa “Los Angeles Times” qəzetində bir xəbər oxuduqdan sonra panik atak keçirdiyini söyləyib. Qəzet Los-Anceles inzibati administrasiyasına bağlı polis və yanğınsöndürənlərin qəza yerindən çəkdiyi fotoların başqaları ilə paylaşıldığını yazıb. Brayant fotoların sosial mediaya düşəcəyindən qorxduğunu, qızı və həyat yoldaşını "olduğu kimi" xatırlamaq istədiyini vurğulayıb. Məhkəmə fotoların cib telefonu ilə çəkildiyi, başqalarına göstərildiyi barədə iddiaları dinləyib. Federal məhkəmə Brayantın emosional sıxıntısına görə, təzminatın ödənilməsinə qərar verib.


Qeyd edək ki, 2020-ci ilin yanvarında baş verən qəzada 41 yaşlı Kobe Brayant və onun 13 yaşlı qızı Gianna, həmçinin Çesterin həyat yoldaşı Sara və onların qızı Payton da daxil olmaqla altı nəfər həlak olub.

 

Türkan,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR