İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi - FOTOLAR + YENİLƏNİB

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi - FOTOLAR + YENİLƏNİB

Bu gün avtomobillə yol qəzasına düşən Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.

 

Sfera.az “İhlas”a istinadən xəbər verir ki, o, hadisə yerinə cəlb olunan xilasedicilərin köməkliyi ilə yararsız hala düşən avtomobildən çıxarılıb.

 

Tatlıses digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.

 

***

 

12:51



Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses yol qəzasına düşüb.

Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb.
 

Onu xilas etmək üçün hadisə yerinə xilasedicilər gəlib. Onun xəsarət aldığı deyilir.
 

İbrahim Tatlısesin qızının da yanında olduğu deyilir.


OXŞAR XƏBƏRLƏR