Zelenskidən Müstəqillik Günü mesajı: “Sona qədər savaşacağıq”

Zelenskidən Müstəqillik Günü mesajı: “Sona qədər savaşacağıq”

“Rusiyanın işğalına qarşı sona qədər müqavimət göstərəcəyik”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

Ölkəsinin müstəqilliyinin 31-ci ildönümündə xalqa müraciət edən prezident Rusiyaya güzəştə getməyəcəklərini vurğulayıb.  O, həmçinin Donbas bölgəsini və ölkənin şərqindəki Krımı geri alacaqlarını bildirib.

 

Qeyd edək ki,  bu il Ukraynanın müstəqillik ildönümü əvvəlki illərə nisbətən daha az fəallıqla qeyd olunub. Paytaxt Kiyevdə Rusiyanın hücumu ehtimalı səbəbindən bütün kütləvi tədbirlər qadağan edilib, hərbi parad keçirilməyib. Ukrayna hökumətinin nəzarətində olan bütün bölgələrdə də intensiv təhlükəsizlik tədbirləri görülüb.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR