Neftin qiyməti bahalaşır
Cəmiyyət
09:01 / 07.09.2016
1377
Dünya bazarında neftin qiyməti artıb.
Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin 1 barelinin qiyməti 0,49% artaraq 47,49 dollara çatıb. WTI neftinin bir barelinin qiyməti isə 0,38% bahalaşaraq 45 dollar olub.
Qeyd edək ki, dünən səhər saatlarında, Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 47,70 və 45,27 dollara qədər yüksəlmişdi.