Rafael Qrossi: “Tehran açıqlamadığı nüvə məkanlarında..."

“Məsələ çox sadədir. Bunu bizə izah edin: əgər orada uran var idisə, indi haradadır? Avadanlıqlar var idisə, indi haradadır? Belə olan halda hesabat təqdim edib deyə bilərik ki, bəli, bu məsələyə aydınlıq gəlib”.
Sfera.az xəbər verir ki, bu sözləri Nüvə Enerjisi üzrə Beynəlxalq Ajansın baş direktoru Rafael Qrossi CNN-ə müsahibəsində deyib.
CNN müxbiri Qrossidən agentliyin cavab almadan araşdırmasını bitirib-bitirməyəcəyini soruşub. Qrossi cavabında "Qətiyyən yox!" deyib. “Siyasi məsələlərə görə, məsuliyyətimizdən imtina etmək fikri bizim üçün qəbuledilməzdir”.
O, bəyan edilməmiş nüvə obyektlərində aşkar edilmiş insan mənşəli uran izləri ilə bağlı İran hökumətindən bir daha tutarlı cavablar və izahatlar verməsini istəyib.
Turan Rzayev,
Sfera.az