Astrologiyanın ən duyğusuz bürcləri: Onlar sevgilərini bəlli etmirlər

Astrologiyanın ən duyğusuz bürcləri: Onlar sevgilərini bəlli etmirlər

Bəzi insanlar hisslərini rahat ifadə edə bilsələr də, bəziləri duyğularını gizlətməyə üstünlük verirlər. Həmin şəxslər hisslərini biruzə verəcəkləri halda zəif görünəcəklərini düşünürlər. Astrologiyada da duyğularını gizlədən bürclər var.

 

Sfera.az bu dəfə həmin bürcləri təqdim edir.

 

Buğa bürcü - Heç kimə etibar edə bilmir, bu səbəbdən hisslərini paylaşmırlar. Onlar insanlara güvənmək məsələsində çox seçici olurlar,  inciməyə dözə bilmirlər. Duyğularını bölüşdükdə incinsələr, sağalmaları çox çətin olur. Buna görə də, buğa bürcləri hisslərini gizlətməyə üstünlük verirlər. 


Qız bürcü - Başqalarının yanında nə danışdıqları ilə bağlı son dərəcə diqqətli olur, həssas tərəflərini göstərməməyə çalışırlar. Onların incidilmək qorxusu o qədər güclüdür ki, tək qalmağı üstün tuturlar. Duyğularını gizlətməyi də yaxşı bacarırlar. Qız bürcləri həqiqətən sevsələr belə, məsafə saxlayırlar. Hisslərini ifadə etməzdən əvvəl hər şeydən əmin olmaq istəyirlər.


Tərəzi bürcü – Hisslərini gizlədərək özlərini müdafiə etdiklərini düşünürlər. Bəzən özlərini duyğusuz hiss edirlər və ən yaxınlarına necə, nə demək lazım olduğunu başa düşə bilmirlər. Tərəzilər zaman-zaman fikir və hisslərini bölüşmək istəyə bilər, lakin əsasən onları gizli saxlayırlar.


Əqrəb bürcü – Astrologiyanın ən gizli bürcüdür, heç vaxt heç kimə güvənmir. Fikirlərinin başqalarına məlum olmasını istəmirlər. Bu bürcün nümayəndələri həyatlarına çox xüsusi birisi daxil olana və onları sevgi, güvən və anlayışa inandırana qədər hisslərini gizli saxlayırlar. Bu səbəbdən onların nə hiss etdiyini və nə düşündüklərini anlamaq çətindir.


Dolça bürcü - Hisslər və münasibətlərlə bağlı mübahisələr yarananda çox gərgin olurlar. Bu baxımdan şəxsiyyətlərinin bu hissəsini başqalarından gizlətməyə üstünlük verirlər. Kimsə onlarla danışmağa çalışsa belə, sualları yola verəcək və bunun əvəzinə, diqqətini digər insana yönəltməyə çalışacaq.

 

Qoç, Əkizlər, Xərçəng, Şir, Oxatan, Oğlaq və Balıqlar isə sevdiklərinə duyğularını ifadə etməyə can atırlar. Hisslərini sərbəst ifadə etməsələr, münasibətlərinin çox pis olacağına inanırlar.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR