"Taxıl dəhlizi razılaşması..." - Ərdoğanın sözçüsü

"Taxıl dəhlizi razılaşması Rusiya və Ukrayna üçün danışıqların yenidən başlaması üçün yeni platforma yarada bilər".


Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib. 


O, bunun yalnız Rusiya və Ukrayna tərəflərinin istəyi ilə deyil, beynəlxalq ictimaiyyətin də dəstəyi ilə mümkün olacağını bildirib:


“Bunun əldə olunması üçün təbii ki, Rusiya Ukrayna şəhərlərinə hücumlarını dayandırmalıdır. Hər iki tərəfdə aydın anlaşma və könüllülük olmalıdır. Türkiyə bu mövzuda tərəfləri bir araya gətirmək üçün böyük səy göstərir".

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR