Türkiyədə güclü zəlzələ oldu

Dünya
10:08 / 24.08.2022
6712
Türkiyənin Antalya şəhərinin Kaş rayonunda 4,4 bal gücündə zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 08.30 radələrində Antalyanın Kaş rayonundan 40.19 kilometr dənizdə qeydə alınan zəlzələ 25.19 kilometr dərinlikdə qeydə alınıb. İlkin hesablamalara görə, zəlzələ heç bir dağıntı yaratmayıb.
Turan Rzayev,
Sfera.az