Stallonedən qəribə addım: Çiynində həyat yoldaşının portretini it döyməsi ilə əvəzlədi - FOTO

Stallonedən qəribə addım: Çiynində həyat yoldaşının portretini it döyməsi ilə əvəzlədi - FOTO

Döyüş filmlərindəki rolları ilə tanınan Hollivud ulduzu Silvestr Stallone çiynindəki yeni tatusu ilə sosial şəbəkələrdə əsl müzakirə mövzusuna çevrilib.

 

Sfera.az xəbər verir ki, aktyor 25 ildir qolunda olan həyat yoldaşı Cennifer Flavinin şəklini it döyməsi ilə əvəzləyib.

 

 

Aktyorun sözlərinə görə, o portreti yeniləmək istəyib, amma cəhd çox uğursuz olduğundan usta köhnə döyməni tamamilə örtmək qərarına gəlib. Eskiz olaraq isə aktyorun bir neçə il əvvəl ölən “Butkus” ləqəbli itin portreti seçilib.

 

 

Ancaq istifadəçilərə bu izah bəhanə kimi görünüb.

 

Qeyd edək ki, uzun müddətdir ki, Stallone ailəsində çətinliklərin başladığı barədə şayiələr yayılıb. Belə ki, aktyorun həyat yoldaşı qızları ilə şəklini sosial şəbəkədə paylaşaraq qeyri-müəyyən şərh yazıb: “Bizim dördümüz həmişəlik. Qalanı vacib deyil”.

 

 

Sənətçinin nümayəndəsi isə ulduzun ailəsində hər şeyin qaydasında olduğunu, aktyorun ailəsini çox sevdiyini və onlarla birlikdə yeni layihənin çəkilişlərinə başladığını bildirib.

 

Xatırladaq ki, Stallone və Cennifer Flavin 1988-ci ildə tanış olublar, ancaq münasibətləri yalnız 1997-ci ildə qanuniləşib. Onların üç qızı var. (Oxu.az)

 

 


OXŞAR XƏBƏRLƏR

Böyük Britaniya bu şəxslərə sığınacaq verməyəcək

Böyük Britaniya hökuməti cinsi cinayətlərə görə məhkum olunmuş insanlara sığınacaq verməkdən imtina etmək niyyətindədir.   Sfera.az xəbər verir ki, b...

Beyinə yerləşdirilən cihazla idarəetmə mümkün olacaq

İlon Maskın qurucusu olduğu “Neuralink” şirkəti beyin-kompüter interfeysi sahəsində daha bir mühüm uğura imza atıb.    Sfera.az Türk...

"Nüvə təhlükəsi təhdid olaraq qalır"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Bilik Birincisi” təhsil marafonu çərçivəsində çıxışı zamanı nüvə təhlükəsinin hələ də c...

Zaur qadağa qoyacaq: bu müğənnilər efirə çıxa bilməyəcək

Aparıcı Zaur Kamal müğənnilərə qadağa qoyacağını bildirib.   Sfera.az bildirir ki, verilişinə Özbəkistandan müğənni dəvət edən teleaparıcı həmin...

İran-Azərbaycan münasibətlərinin bəzi özəllikləri

İl ərzində onlarla xarici dövlət rəhbərinin ölkəmizə gəlişi bizi bu səfərlərin təbii və gözlənilən olduğuna alışdırıb. Ona görə də belə səfərlər cəmiyyət tərəfi...

Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz

Azərbaycanda vəfat edən şəxsin yaxınlarına dəfnlə bağlı maddi dəstək göstərilir. Bu məqsədlə dəfn müavinəti verilir. Təəssüf ki, bir çox insan bu hüquqdan ya xə...