Rusiya sabah Ukraynaya qarşı genişmiqyaslı raket hücumuna keçə bilər - Açıqlama

Rusiya sabah Ukraynaya qarşı genişmiqyaslı raket hücumuna keçə bilər - Açıqlama

Rusiya Qara dənizdə "Kalibr” raketlərilə təchiz edilmiş gəmilərinin sayını artırıb. ABŞ kəşfiyyatının məlumatına görə, əsas məqsəd Ukraynanın infrastrukturunu kütləvi şəkildə raket atəşinə tutmaqdır. Digər tərəfdən Ukrayna prezidenti Zelenski də Rusiyanın növbəti hərbi cinayəti barədə xəbərdarlıq edib.

Bununla bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, avqustun 24-də Ukraynanın müstəqillik bayramıdır və bundan istifadə edən Moskvanın genişmiqyaslı raket hücumu istisna deyil:

 

“Rusiya bayramla  əlaqədar Kiyev küçələrində sərgilənən vurulmuş silahlılarının görüntüsünü hərbi arsenalının reytinqinə mənfi təsir edəcəyindən qəzəblidir. Digər tərəfdən Ukraynanın raket zərbələri onun  üstünlüyünü bərpa edir və danışıqlar prosesindən geri çəkilir. Moskva isə raket hücumu ilə Ukraynanın hücumlarını dayandırmasını və danışıqlarda atəşkəs razılaşmasına getməsini hədəfləyir. Bu ölkə çalışır ki, indiki status-kvo ilə atəşkəsə nail olsun. Payızda Zaparoji, Xersonda referendum keçirməklə bu ərazilərin ilhaqını reallaşdırsın yaxud qondarma bir rejim yaratsın”.

 

Politoloq qeyd edib ki,  artıq Rusiyanın Ukraynanın mərkəzi hissələrinə quru əməliyyatları nəticəsiz qalır:

 

“Rusiya hazırkı statusla mövqeyini qoruyub saxlayaraq atəşkəsə nail olub, Ukraynada qalib gəldiyini daxili auditoriya üçün elan etmək istəyir. Bu isə Putinin reytinqinin qorunub saxlanılmasına hesablanıb. Müharibənin davam etməsi Rusiyanın itkilərini artırır və  daxili siyasi böhrana gətirib çıxarır. Ona görə də Moskva növbəti dəfə Ukraynanı genişmiqyaslı raket atəşinə tutmaqla, planını reallaşdırmağa çalışacaq. Amma, Ukraynanın Kremlin şərtlərilə atəşkəsə  getməyəcək  və müharibənin daha da dağıdıcı olacağı gözlənilir. Ukraynanın Rusiyanın raket zərbələrinə cavabı əsasən, onun ərazisində infrastrukturların  hədəfə alınması ilə nəticələnəcək. Baş verənlər bütövlükdə Moskvanın əleyhinə işləyir. Rusiya “Ukrayna bataqlığı”nda ilişib qalıb”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...