Türkiyədə meymunçiçəyinə yoluxanların sayı ARTIR

Sağlıq
15:10 / 23.08.2022
9923
Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artıb.
Sfera.az bildirir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Virusa yoluxanların sayı 11-ə çatıb. Fikrimcə, bu, Türkiyə üçün qorxulu xəstəlik deyil. Meymunçiçəyi eyni mühitdə daha uzun müddət qalmaqla yoluxan bir virusdur. Biz virusun Türkiyədə nə pandemiya, nə də endemiyaya səbəb olacağına inanmırıq”.
Həmçinin koronavirusun hələ bitmədiyini və yaxın gələcəkdə tamamilə yox olmayacağını vurğulayan Koca, "İndi bununla necə mübarizə aparacağımızı bilirik. Böyüklərimizin və əlavə xəstəlikləri olanların xəstəliyin əlaməti olan erkən dövründə müayinədən keçmələrinə diqqət yetiririk”, deyə əlavə edib.
Türkan