“Bir qrup müəllimin maaşına 35% əlavə edildiyi halda...” - RƏY

“Bir qrup müəllimin maaşına 35% əlavə edildiyi halda...” - RƏY

“Bir qrup savadlı müəllimin maaşına 35% əlavə edildiyi halda, eyni nəticəni göstərməyə qadir olan digər savadlı müəllimlərə bu imkanın verilməməsi və bu səbəbdən onların artım fürsətindən yararlana bilməməsi doğru deyil”.

Sfera.az bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O qeyd edib ki, sertifikatlaşdırılma mərhələli keçirilir və dərhal 150 min ətrafında olan müəllim ordusunu bir dəfəyə sertifikasiyadan keçirmək mümkün deyil:

 

“Amma sertifikasiyadan keçirilmə mümkün deyilsə də, əmək haqlarına əlavələri ədalətli şəkildə eyni tarixdən etmək olar. Yəni bütün müəllimlərin sertifikasiyadan keçib qurtaracağı ən son müddət elan edilirək, hər birinin əməkhaqqına əlavələr eyni tarixdə edilir.  Məsələn, 2022-ci ildə tarixindən bütün müəllimləri sertifikasiya etmək mümkün olmadığından, proses 2023-cü ilin sonuna qədər tamamlanır və sertifikasiyadan keçmə vaxtından asılı olmayaraq 1 sentyabr 2022 və ya 1 yanvar 2023 tarixindən hesablanmaqla bütün uğur qazanmış müəllimlərin əməkhaqqına əlavələr edilir. Ümumiyyətlə sertifikasiyanın test mərhələsində 50 baldan yuxarı bal toplamış müəllimlərin əmək haqqına 35% əlavə əmək haqqı qazanması əladır. Bu o deməkdir ki, tədris etdiyi dərs üzrə müəllim özü 83.3%-dən çox bilik göstəricisinə malikdirsə, 500 manat alan müəllim hər ay 675 manat, 1000 manat alan müəllim 1350 manat maaş alacaq”.

 

İqtisadçı qeyd edib ki, fərmanın icrası zamanı bərabərlik prinsipi gözlənilməlidir:

 

“Amma indi eyni şagird sayına və eyni biliyə malik olan A şəhərində işləyən müəllimlər B şəhərində işləyən müəllimlərdən bir il sonra sertifikasiya olunursa, onda bu müəllimlər arasında 3 000 manatadək illik əmək haqqı fərqləri yaranacaq. Zaman fərqi artıqca isə pul fərqi daha da artacaq. Bu isə bərabərlik şərtlərini pozur. Digər bir məsələ, direktor və müavinlərinin əmək haqlarına əlavələrin edilməsidir. Təhsildə aparıcı idarəedici şəxslərin maddi təminatının yüksəldilməsi üçün bu vacib qərardır. Lakin burada da icra zamanı razı olmadığım bir məqam var. Direktorların əmək haqqına əlavələrin həcmi məktəbdə oxuyan şagirdlərin sayına görə müəyyən olması doğru yanaşma olsa da, differensasiya sərhədləri həddindən artıq böyükdür. Yəni, differensial yanaşma düzgün olsa da, bir direktora 600 manat, digərinə 1500 manat əlavə doğru deyil. Ona görə ki, differensial yanaşma zamanı minimum (600) və maksimum (1500) arasındakı fərq minimumdan çox olmamalıdır. 1500-600 = 900.  Göründüyü kimi, mövcud fərq minimumun 150%-ni, maksimum isə minimumun 250%-ni təşkil edir. Bu hədsiz böyük fərqdir. Odur ki, diferensiallığın 600-dən 1500-dək yox, 800-dən 1300-ə qədər dəyişməsi daha doğru olardı”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...