Dünyanı təşvişə salan YENİ VİRUS: Ona niyə “pomidor virusu” deyirlər?

Dünyanı təşvişə salan YENİ VİRUS: Ona niyə “pomidor virusu” deyirlər?

Bir neçə gündür,  Hindistanda görülən yüksək yoluxuculuq qabiliyyətinə malik virus dünyanı təşvişə salıb.

Sfera.az bildirir ki, məşhur “The Lancet” tibb jurnalında dərc olunan araşdırmaya görə, 26 iyul 2022-ci il tarixindən etibarən Hindistanda beş yaşından kiçik,  82-dən çox uşağa “pomidor qripi” diaqnozu qoyulub.

 

Bildirilib ki, nadir virus infeksiyası olaraq təyin olunan xəstəliyin ilk əlamətləri arasında yüksək hərarət, dəri səpgiləri və oynaq ağrıları var. Xəstəliyin “pomidor qripi” adlandırılmasının səbəbi xəstəlik zamanı bədəndə yaranan qırmızı səpgilərdir. Türkiyəli professor Mehmet Ceyhan bildirib ki, “pomidor qripi” ilə bağlı müəyyən qərarlar vermək üçün hələ tezdir:

 

"Hindistan kimi gigiyena şərtlərinin təmin oluna bilinmədiyi izdihamlı ölkədə belə, iki vilayətdən başqa heç bir yoluxma faktı qeydə alınmayıb. Xəstəliyin tənəffüs yolu ilə deyil, təmas yolu ilə keçdiyini təxmin etmək olar. Ona görə də inanmıram ki, böyük epidemiyaya səbəb olsun”.

 

Həddindən artıq yorğunluq, əzələ ağrısı, qızdırma və baş ağrısı kimi əlamətlərlə özünü göstərən bu viral xəstəlik haqqında dəqiq məlumatın olmadığını bildirən professor, mutasiya qabiliyyəti ilə bağlı şərh verməyin də tez olduğunu vurğulayıb:

 

“Koronavirusla bağlı tədbirlər aradan qaldırıldıqdan sonra dünyada hamı pandemiyadan əvvəlki vəziyyətdən belə daha çox təmasda olmağa başladı.  Hətta bir-birini qucaqlamayan insanlar da salamlaşmağa, qucaqlaşmağa can atırlar. İnsanlar pandemiya dövründə yeni mikroorqanizmlə qarşılaşmadığı üçün onların immun sistemləri stimullaşdırılmayıb və bu vəziyyət onların immunitetini bir az da zəiflətdi. Pandemiya tədbirlərinin qəfil ləğvi də insan orqanizmini müxtəlif viruslara qarşı həssas etdi”.

 

Mehmet Ceyhan “pomidor qripi”nə daha çox uşaqların yoluxması məsələsinə də toxunub: “Uşaqların immun sistemi bir çox virusu tanımadığından, onlar daha asan yoluxurlar. Yetkinlərdə isə immuniteti zəif olanlar bu virusdan əziyyət çəkə bilir.  İmmuniteti güclü olan insanlar bəzi xəstəlikləri özləri də fərqinə varmadan keçirlər. Uşaqlar oyun oynayır, əl gigiyenasına fikir vermirlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...