Suriyada daha bir SEPAH zabiti öldürüldü 

Suriyada daha bir SEPAH zabiti öldürüldü 

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində quru qoşunlarının zabiti Əbülfəzl Əlicani Suriyada öldürülüb.


Sfera.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. 


Məlumata görə, Əlicani ərəb ölkəsində hərbi məsləhətçi missiyasını həyata keçirirdi. SEPAH zabitinin avqustun 22-i səhər saatlarında öldürüldüyü bildirilir.


Əslən İsfahan əyalətinin Dərçə şəhərindən olan zabitin öldürülməsini İran rəsmi şəkildə təsdiq edib, ancaq onun hansı şəraitdə öldürülməsi barədə təfərrüatlar açıqlanmır.


Turan Rzayev,

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR