İngiltərə və Rusiya arasında GƏRGİNLİK - Əsgərlərə "hazır ol!" tapşırığı verildi

İngiltərə və Rusiya arasında GƏRGİNLİK - Əsgərlərə

Britaniya ordusunda müharibə panikası var.

Sfera.az -ın məlumatına görə, sözügedən ölkədə hərbçilərin yüksək səviyyəli rəsmiləri deyiblər ki, qoşunlar Rusiya ilə döyüşməyə hazır olmalıdır. Britaniya ordusunun giziri Pol Karni Rusiyadan gələn təhlükəyə qarşı özünü formalaşdırdığını və istənilən hücuma tab gətirməyə hazır olduğunu deyib. Əsgərlərin Ukraynaya göndərilmə ehtimalı olduğu halda yaxınlarına və ailələrinə xəbər vermələri xahiş olunub.

 

Vladimir Putinin 6 ay əvvəl Ukraynaya təcavüzündən sonra dünyanın dəyişdiyini bildirən Karni  fikirlərini bu cür ifadə edib: “Britaniya əsgərləri də yeni reallıqları qəbul etməlidir. İstəyirəm ki, hər kəs fiziki cəhətdən əməliyyatlara hazır olub-olmadığını yoxlasın. Bizim yoxluğumuzda ən çətin rolu oynayacaq yaxınlarımızı və ailəmizi xəbərdar etməyimiz vacibdir”.

 

Ordunun keçmiş rəisi general ser Riçard Dannatt isə “Karninin açıqlaması ordunun ən yaxşı əsgərinin ehtiyatlı məsləhətidir. Bu o demək deyil ki, ordumuz Ukraynaya yerləşdirilmək üzrədir, lakin sülh dövründə həyatın bütün sahələrində müharibəyə hazırlaşmaq hər bir ordunun borcudur. Söhbət Avropada müharibə, aqressiv Rusiya və Rusiyanın sərhədlərində narahat olan ölkələrdən gedirsə, Britaniya əsgərlərinin də baş verə biləcəklər barədə realist olması məntiqlidir”.

 

Qeyd edək ki,  İngiltərə Ukraynanı dəstəkləyən ölkələr sırasındadır. Müharibə başlayandan Ukraynaya tank əleyhinə silahlar və reaktiv yaylım atəşi sistemləri göndərən Britaniya Ukrayna qüvvələrinin təliminə kömək etmək üçün Kral dəniz piyadalarını da göndərib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR