Türkiyə İrana uçuşları dayandırdı - SƏBƏB

Türkiyə İrana uçuşları dayandırdı - SƏBƏB

Türkiyədən İran və Əfqanıstana uçuşlar dayandırılıb.


Sfera.az xəbər verir ki, bu barədə “Turkish Press” saytının Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. 


Məlumata görə, Türkiyə koronavirusa yoluxmanın artması səbəbindən İran və Əfqanıstana hava yolları şirkətlərinin uçuşlarını dayandırıb.


Bununla yanaşı, İranda koronovirusa yoluxma halları artıb və ölkənin səhiyyə rəsmiləri yoluxmanın 7-ci dalğasının başlanğıcında olduqlarını bildiriblər.


Tehranın "İmam Xomeyni" hava limanı isə yaydığı məlumatda uçuşların dayandırıldığını təkzib edib. Qurumdan yayılan açıqlamada sözügedən xəbərin daha öncəyə aid olduğu və səhvən yenidən yayıldığı iddia olunub.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR