Ukrayna savaşında rollar dəyişdi - ABŞ rus qoşunlarının aqibətini açıqladı

Ukrayna savaşında rollar dəyişdi - ABŞ rus qoşunlarının aqibətini açıqladı

ABŞ Ukrayna müharibəsi ilə bağlı yeni iddia irəli sürüb.

Sfera.az bildirir ki, təqaüddə olan general, təhlükəsizlik üzrə ekspert Mark Hertlinq Rusiyanın bir çox bölgələrdə müdafiəyə keçdiyini söyləyib. İngiltərənin “Express” qəzeti  isə “Ukrayna Putinin “pis idarə olunan” qoşunlarını geri addım atmağa məcbur etdi” başlığı ilə xəbəri oxucularına təqdim edib.

 

Bir vaxtlar ABŞ-ın Avropa və Yeddinci Ordu komandanı vəzifəsində çalışmış 68 yaşlı Hertlinq Rusiya quru qoşunlarının zəif idarə olunduğunu, pis təlim keçdiyini və mənəvi-psixoloji durumun aşağı səviyyədə olduğunu bildirib.

 

Rus ordusunun şəxsi heyəti və texnikası ilə tədricən köhnəldiyini iddia edən Hertlinq fikrini bu cür davam etdirib: “Rusiya bu müharibənin bir neçə günə başa çatacağını düşünürdü. Amma bu, yuxudan başqa bir şey deyildi. Bunu etmək üçün onlarda lider, təlim, avadanlıq çatışmırdı. Rusiya hazırda cənubda dayanıb. Onlar yalnız Rusiya və ya Krımdakı bazalarından tədarük təmin edə bilərlər. Ukrayna isə hücum mövqeyindədir və hara hücum edəcəklərini seçmək iqtidarındadır. Rusiya indi müdafiə olunmaqla məşğuldur”. Hertlinq həmçinin Rusiyanın itkilərini əvəz etməsinin uzun zaman alacağını vurğulayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR