Ərini xəyanətə görə öldürdü, sonra parçalara ayırıb bişirdi - Dəhşətli qətlin TƏFƏRRÜATI

Ərini xəyanətə görə öldürdü, sonra parçalara ayırıb bişirdi - Dəhşətli qətlin TƏFƏRRÜATI

Əfqanıstanda baş verən dəhşətli qətl dünya mətbuatında əks-səda doğurub.

 

Sfera.az bildirir ki, 22 yaşlı qadın ona xəyanət edən ərini əvvəlcə öldürüb sonra bişirib.

 

Belə ki, evdən pis qoxular gəldiyini görən qonşular aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə gələn polislər gördükləri mənzərədən şoka düşüblər. Gənc qadın ərini öldürüb, onun cəsədini parçalayıb və bişirməyə başlayıb. O, ərinin onu daim aldatdığını və bu davranışından bezdiyini bildirib:

 

“Həyat yoldaşımı və onun sevgilisini evdə gördüm. Qadın gedəndən sonra mübahisə etdik. Ərim bıçaq çəkdi. Ona dedim ki, əgər aldadırsa, qurtulmaq üçün məni öldürməlidir. Bıçağı mənə tərəf tutdu”. 

 

Gənc qadın daha sonra bıçağı kişinin əlindən alaraq onu öldürdüyünü deyib.

 

“Həyat yoldaşım məni və beş yaşındakı qızımı döyürdü. Bir neçə dəfə məni aldatdı. Bu davranışından bezdim və ona görə də, onu öldürdüm”, deyə o, əlavə edib.

 

30 yaşlı kişinin meyiti ekspertizaya aparılıb. Qadın isə yerli mediaya bildirib ki, əməlindən peşmandır və qızı üçün darıxır. Onun ərinin qalıqlarını niyə bişirdiyi ilə bağlı heç bir açıqlama verilməyib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...