İlham Əliyev pensiyayla bağlı fərman imzaladı

İlham Əliyev pensiyayla bağlı fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanını "Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

 

"2.3. həmin Qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 28-ci, 30.1-ci (birinci və ikinci cümlələrində), 31.2-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”.

 

2. 2.7-ci bənd ləğv edilsin.


OXŞAR XƏBƏRLƏR

"Onlar hər an səmada məhz bizim təhlükəsizliyimizə cavabdeh olurlar" - VİDEO

Xalq artisti Tünzalə Ağayeva ötən gün baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, müğənni, şəxsi “İns...

Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun sədrliyi ilə hökumət komissiyası Kerç boğazına yanacaq axması ilə əlaqədar federal səviyyəli f...

SEPAH nümayəndələri Azərbaycana başsağlığı verdilər

İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanın Tehrandakı səfirliyini ziyarət edərək başsağlığı veriblər.   Sfera.az xə...

Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - RƏSMİ

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “...

Qəzada həlak olan 4 nəfərin nəşi Azərbaycana gətirildi- YENİLƏNDİ

19:51   “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsini...

Sabah bu ərazidə qaz kəsiləcək

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən i...