Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

Hadisə
14:23 / 21.08.2022
20781
Avqustun 19-da Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan bir nəfərin axtarışları başa çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən batan şəxsin meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.