Keçmiş baş prokuror 43 tələbənin itməsinə görə həbs edildi - Meksikada

Keçmiş baş prokuror 43 tələbənin itməsinə görə həbs edildi - Meksikada

Meksikanın keçmiş baş prokuroru Xesus Murillo Kərəm həbs edilib.

 

Sfera.az bildirir ki, buna səbəb kimi 2014-cü ildə 43 tələbənin itkin düşməsi göstərilib.

 

Kərəmin işgəncə və ədalətə maneçilik törətməkdə ittiham edildiyini bildirən səlahiyyətlilər, əsgərlər, polislər, yerli məmurlar və dəstə üzvlərinin də olduğu daha 83 nəfərin həbsinə order verildiyini vurğulayıb. Qeyd olunub ki, 2014-cü il sentyabrın 26-da Meksikanın Gerrero əyalətindən avtobusa minən Ayotzinapa Müəllimlər Kollecinin tələbələri İquala şəhərindən keçərkən yoxa çıxıblar. Yerli mətbuatda tələbələrin etiraz aksiyasında iştirak etmək üçün Mexikoya yollandıqları və onların avtobuslarının atəşə tutulduğu barədə xəbərlər yayılıb. Sümük qalıqları 2021-ci ilin iyun ayında tapılıb və qalıqların 43 tələbədən 3-nə aid olduğu açıqlanıb. 

 

2012-2015-ci illər arasında vəzifədə olan baş prokuror İsa Murillo Kərəm 2015-ci ildə tələbələrin başına gələnlərlə bağlı araşdırma aparıb və nəticə həlak olanların ailələri tərəfindən tənqid edilib. Həmin günlərdə mətbuata açıqlama verən bəzi ailələr tələbələrin cinayətkar dəstə tərəfindən öldürüldüyünü, cəsədlərin yandırıldığını iddia ediblər. Murillo araşdırma nəticəsində yerli dəstənin tələbələri rəqib dəstə üzvləri ilə səhv saldığını, onları öldürdüyünü və cəsədləri yandıraraq qalıqlarını çaya atdığını bildirib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR