Ərdoğanın azyaşlı ilə səmimi söhbəti gülüşə səbəb oldu: “Qızım, boyum 1,85-dir”

Ərdoğanın azyaşlı ilə səmimi söhbəti gülüşə səbəb oldu: “Qızım, boyum 1,85-dir”

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın son görüntüləri sosial mediada gündəm olub.

 

Sfera.az bildirir ki, Ərdoğan dünən iştirak etdiyi mərasimdən sonra onu dəvət edən ailənin evində qonaq olub. Prezidenti görəcəyi üçün saçlarını hördüyünü deyən ailənin kiçik qızı yazdığı məktubu ona təqdim edib. Qızın məktubunu oxuyan R.T.Ərdoğan mətndəki “sen miniciksin” (“sən balacasan”)  ifadəsinə “Qızım, mənim boyum 1,85-dir” cavabını verib. Həmin anlar isə gülüşə səbəb olub.

 

Ölkə başçısı məktubu oxuduqdan sonra azyaşlının "Ağlayırsan?" sualına isə belə reaksiya verib:

 

“Sən məni ağladacaqsan, bu sözlərindən sonra necə ağlamayım? Məni ağladacaq şeylər yazmısan”. Ziyarətin sonunda Ərdoğan onu qonaq edən ailə ilə xatirə şəkli çəkdirib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR