Rusiya-Ukrayna savaşı hansı halda bitəcək?: “Kreml Ağ evlə hesablaşmasa...”

Rusiya-Ukrayna savaşı hansı halda bitəcək?: “Kreml Ağ evlə hesablaşmasa...”

“Rusiya-Ukrayna savaşının bu qədər uzanmasının səbəbi məhz Vaşinqton və müttəfiqlərinin Kiyevə dəstəyidir. Əks halda, Ukrayna bu qədər çox tab gətirə bilməzdi”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

O qeyd edib ki, hazırda Ukraynada proksi müharibə gedir:

 

“Yəni ABŞ birbaşa olmasa da, əslində savaşın iştirakçılarındandır. Bu isə Ağ Evin regionla bağlı maraqlarından irəli gəlir. Deməli, Ankara hər nə qədər sülh üçün çalışsa da, Vaşinqton bunda maraqlı deyil. İndiki məqamda Türkiyə ilə ABŞ-ın maraqları toqquşur, onlar bir-birilərinin “oyunlarını pozmağa” çalışırlar. Türkiyə israrlıdır, səylərini davam etdirəcək. Amma Ukraynanın xeyli dərəcədə Qərbdən asılı olduğunu nəzərə almaq lazımdır. Elə durum yaranıb ki, Zelenski addımlarını Ağ Evlə məsləhətləşməlidir. Əgər Kiyev Vaşinqtonun maraqlarına ziddi hərəkət etsə, ABŞ hərbi yardımı dayandırmaqla Ukraynanı hədələyəcək və silah tədarükünü azaldacaq. Beləliklə, Zelenski administrasiyası təhlükəni hiss edəcək.  Zelenski, bəlkə də, müharibənin bitməsini, hər iki tərəf üçün uyğun şərtlərlə sülh müqaviləsinin imzalanmasını istəyir. Amma Qərb buna imkan vermir. Hətta istisna deyil ki, indiyədək Qərbin bir neçə dəfə silah tədarükünü azaltmasının səbəbi məhz rəsmi Kiyevin konstruktiv bəyanatları olub”.

 

Müsahibimiz bildirib ki, Türkiyə Prezidenti Ərdoğan bundan sonra tərəflər arasında müəyyən konsesusun əldə edilməsinə nail ola bilər:

 

“Türkiyədə Rusiya və Ukrayna nümayəndələri arasında görüşlərin keçirilməsi, hətta dövlət başçılarının eyni masa arxasında oturması mümkündür. Əlbəttə, bunların hər biri Ərdoğanın həm beynəlxalq aləmdə, həm də daxildə nüfuzunu artıracaq. Lakin görünən budur ki, savaş yaxın vaxtda bitməyəcək. Müharibənin başa çatması üçün Rusiya və ABŞ razılığa gəlməli, Moskva Vaşinqtonun maraqlarını nəzərə almalıdır. Deməli, Putin Zelenskidən əvvəl amerikalı həmkarı Cozef Baydenlə, Rusiya xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Dmitro Kulebadən əvvəl ABŞ dövlət Entoni Blinkenlə dil tapmalıdır. Lakin bu da kifayət deyil. Eyni zamanda ABŞ Türkiyənin maraqlarını nəzərə almalıdır”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....