Bred-Ancelina cütlüyünün boşanmasına səbəb olan davanın DETALLARI: Şəxsi təyyarənin hamamında..

Bred-Ancelina cütlüyünün boşanmasına səbəb olan davanın DETALLARI: Şəxsi təyyarənin hamamında..

Bir vaxtlar “Brangelina” kimi tanınan məşhur cütlük Bred Pitt və Ancelina Colinin məhkəməsi ilə bağlı təfərrüatlar ortaya çıxıb.

 

Sfera.az bildirir ki, Colinin keçmiş həyat yoldaşı Pittə qarşı anonim şəkildə təqdim etdiyi dava materiallarında diqqətçəkən məlumatlar ABŞ mətbuatında öz əksini tapıb. İddia faylında daha əvvəl gündəmdə olan “təyyarə davası”nın detalları yer alıb.

 

Qeyd olunub ki, 2016-cı ilin sentyabrında Fransanın Nitsa şəhərindən ABŞ-dakı evlərinə qayıdan cütlüyün bu mübahisəsi yollarının ayrılmasına təkan verib. Sənədlərə görə, Ancelina Coli keçmiş həyat yoldaşı ilə mübahisənin şəxsi təyyarənin vanna otağında baş verdiyini deyib. İddiaya görə, Pitt Colinin bəzən əlindən, bəzən də çiynindən tutub silkələyib. Onu itələyərək təyyarənin hamam otağına salıb və “Sən bu ailəni məhv edirsən” deyə qışqırıb. Cütlüyün adları mətbuata açıqlanmayan iki azyaşlı övladı valideynlərinin mübahisəsini eşidib, hətta təyyarənin bağlı tualetinin qabağında “Ana, yaxşısan?” deyə ağlamağa başlayıblar.  Daha sonra Bred Pitt "Yox, anan yaxşı deyil, bu ailəni məhv edir. O, dəlidir" deyə cavab verib.

 

Colinin iddiasına əsasən, hadisə bununla bitməyib. Yenə adı mətbuata açıqlanmayan altı uşaqdan biri daha sonra Bred Pittə ailəni dağıdanın anası deyil, məhz atası olduğunu söyləyib. Aktrisanın açıqlamasına görə, Pitt bu sözləri deyən oğluna hücum edəcəkmiş kimi qaçıb. Coli Pittlə bu mübahisə zamanı əli və dirsəyinin zədələdiyini də iddia edib. O, hətta fotoşəkillərini iş materiallarında araşdırma aparan FTB agentlərinə təqdim edib. Həmçinin Pittin hava limanında həm Colinin, həm də altı uşağın 20 dəqiqə ərzində təyyarədən enməsinə mane olduğu irəli sürülüb.

 

Qeyd edək ki, 2016-cı ildə şəxsi təyyarədə baş verən bu mübahisənin cütlüyün evliliyinin son nöqtəsi olduğu və bundan sonra boşanmağa qərar verdikləri iddia edilir.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR