Ermənistanın təzminat öhdəliyinə imza atması nə üçün lazımdır? – “Onlara şans versək, ciddi fəsadları ola bilər”

Ermənistanın təzminat öhdəliyinə imza atması nə üçün lazımdır? – “Onlara şans versək, ciddi fəsadları ola bilər”

Ermənistana bu şansı versək, ciddi fəsadlarla nəticələnə bilər.

 

Ermənistanın təzminat öhdəliyinə imza atması Azərbaycana nə üçün lazımdır? - Öncə dəhliz, sonra Zəngəzur!

 

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Proseslər göstərir ki, Qarabağ müharibəsinin geopolitik xarakteri postmüharibə dövründə də Azərbaycanın əlini kifayət qədər gücləndirib”.

 

Sfera.az bildirir ki, bunu siyasi analitik Samir Feyruzov deyib.

 

Onun sözlərinə görə, bəzi ekspertlər hesab edir ki,  Azərbaycana təzminat ödəmək üçün Ermənistanın pulu yoxdur və ona görə də, təzminatın yerinə Azərbaycan Zəngəzuru geri almalıdır:

 

“Əvvəla, Azərbaycanın təzminat əvəzinə öz tarixi torpaqlarını Ermənistandan geri alması strateji addım olmazdı. Niyə? Doğru strategiya budur - öncə dəhliz, sonra Zəngəzur!  Zəngəzurun Azərbaycana qaytarılması ilk növbədə orada dəhlizin açılmasından keçir. Əgər dəhliz açılsa, bir neçə il sonra Azərbaycan Zəngəzurda tamamilə öz suverenliyini bərpa etmiş ola bilər. Bunun üçün güclü iqtisadiyyat və daha güclü ordu qurmaq, Ermənistanı isə zəif vəziyyətdə saxlamaq lazımdır.

 

Birincisi, Zəngəzur dəhlizinin açılması Rusiya, Türkiyə, İsrail və Çin kimi nəhəng güclərin strateji maraqları daxilindədir. Ermənistan gec-tez Zəngəzur dəhlizinin açılmasına razılıq vermək məcburiyyətində qalacaq. Bütün proseslər də ona doğru gedir. Ermənistan Qarabağı bizə vermirdi, döyüşdük və aldıq. Zəngəzur məsələsini isə postmüharibə dövrünün əsas "döyüş faktoru" adlandırmaq olar.

 

İkincisi, təzminat - məğlub tərəfin yenidən müharibə və işğal iddiasına düşməməsi üçün ən təsirli metodlardan biridir. Ermənistan hər il Azərbaycan dövlətinə təzminat ödəməli olsa, tarixi öhdəlik götürmüş olacaq, eləcə də özünün işğalçı mahiyyətini sənədlə təsdiqləmiş olacaq”.

 

Ekspert qeyd edib ki, Ermənistanın təzminat ödəməsini zəruri edən faktlarımız var və bütün dünya ictimaiyyəti də bunu bilir:

 

“Əgər Ermənistanla sülh müqaviləsi bağlanacaqsa, təzminat tarixi öhdəlik kimi Ermənistanın üzərinə qoyulmalıdır. Bu, Ermənistanın, revanşist qüvvələrin gələcək aqressiv addımlarından sığorta olunmağımızda ciddi rol oynaya bilər. Həmçinin, bu, iqtisadi problemlər məngəsində boğulan Ermənistan üçün ciddi tormozlayıcı faktor olacaq.  Ermənistanın əsas məqsədlərindən biri Azərbaycanın dəstəyi ilə regional layihələrdən pul qazanıb dirçəlməkdir. Biz Ermənistana bu şansı versək, ciddi fəsadlarla nəticələnə bilər. Düşünürəm ki, Ermənistanın daim zəif qalması Azərbaycanın strategiyasına uyğun olardı. Yox, əgər söhbət mehriban qonşuluq siyasətindən və müharibənin tamamilə bitməsindən gedirsə, o zaman Ermənistan təzminat öhdəliyinə də imza atmalıdır”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....