Türkiyəli müğənninin evindən iki kamaz zibil çıxdı - FOTO

Bir zamanlar İbrahim Tatlısəsin şirkəti vasitəsilə məşhurlaşan müğənni Engür Kalenderlə bağlı son xəbər səs-küy yaradıb.
Sfera.az bildirir ki, ifaçının evindən iki kamaz zibil çıxarılıb.
Bu barədə səs sənətçisi və yazar Onur Akay məlumat yayıb. O qeyd edib ki, Engürün Şişlideki evi təmizlənib: “İbrahim Tatlısəsin məşhurlaşdırdığı müğənni Engür Kalenderin zibilxanada yaşadığını yazmışdım. Şişli Bələdiyyəsi psixoloji problemləri olan Kalenderin anası ilə birlikdə yaşadığı evi təmizləyib. Qonşulardan aldığım məlumata görə, Şişlidə evdən 2 kamaz zibil çıxıb - evdə nə su, nə də işıq var. Evdən hətta ölü pişik balaları da tapılıb, mənzil heyvan zibilləri və kiflənmiş əşyalarla dolu olub. Qapı açılanda ətrafı bürüyən qoxuya görə insanlar o küçədən belə keçməkdə çətinlik çəkdiyi halda, allergik astma xəstəsi olan anası ilə Engürün o evdə necə yaşadığını anlamaq çətindir”.
Türkan