Ərdoğanla Hersoq arasında telefon danışığı: Bu məsələlər müzakirə olundu

Siyasət
16:00 / 19.08.2022
8816
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshaq Hersoq arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.
Ərdoğan qarşılıqlı olaraq səfir təyin edilməsi qərarını Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım hesab etdiyini bildirib.
Turan Rzayev,
Sfera.az