Armen Nazaryan İrana səfər etdi

Armen Nazaryan İrana səfər etdi

Ermənistan səhiyyə nazirinin müavini Armen Nazaryan İran İslam Respublikasına iki günlük işgüzar səfəri çərçivəsində İran şirkətlərinin dərman sənayesi və qatqılar, peyvəndlər, tibbi avadanlıq və aksesuarlar sahəsində imkanları ilə tanış olub.


Sfera.az xəbər verir ki, o, İranın Səhiyyə Biotexnologiyasının İnkişafı Şurası, elmi-texniki məsələlər üzrə vitse-prezident, səhiyyə nazirinin müavini, Qızıl Aypara Cəmiyyətinin sədri və həmçinin dərman istehsalı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.


Görüşlər zamanı iki ölkə arasında dərmanların idxalı-ixracı, eləcə də birgə istehsalı ilə bağlı perspektiv məsələlər müzakirə edilib.

 

Turan Rzayev,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR