Həyat yoldaşının Petek Dinçözə aldığı hədiyyənin qiyməti dodaq uçuqlatdı – 1 milyon 300 min..

Həyat yoldaşının Petek Dinçözə aldığı hədiyyənin qiyməti dodaq uçuqlatdı – 1 milyon 300 min..

Boşandıqdan qısa müddət sonra uşaqlıq sevgilisi Nida Büyükbayrakdar ailə quran Petek Dinçözün aldığı toy hədiyyəsi gündəm olub.

 

Sfera.az bildirir ki, Büyükbayrakdar ifaçıya saat bağışlayıb.

 

Bu barədə jurnalist Bilal Özcan İnstaqram hesabında paylaşım edib. O, həyat yoldaşının Dinçözə hədiyyə etdiyi saatın brilyantlarla bəzədilmiş xüsusi seriyadan olduğunu deyib. Özcan əlavə edib ki, saatın qiyməti 72 min dollar, yəni təxminən 1 milyon 300 min lirədir.

 

Qeyd edək ki, illər əvvəl yollarını ayıran Petek Dinçöz və Nida Büyükbayrakdar ötən axşam İstanbulda bir oteldə evləniblər. Məhdud sayda qonağın qatıldığı mərasimdə cütlüyün nikah şahidi Çətin Kırışgil və Ayça Açelya olub.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR