Bu bürclərin nümayəndələri cazibədarlıqları ilə valeh edirlər: Sirləri isə...

Bu bürclərin nümayəndələri cazibədarlıqları ilə valeh edirlər: Sirləri isə...

Bəzi insanlar görünüşləri ilə hər zaman diqqət mərkəzində olurlar.  Duruşlarına, baxışlarına, danışıqlarına, rəftarlarına görə hamı onlara heyranlıq duyur.

 

Sfera.az bildirir ki, astrologiyada da cazibədarlığı ilə məşhur olan bürclər var.

 

Həmin bürcləri təqdim edirik:

 

Şir bürcü - Şübhəsiz ki, ən cəlbedici bürclər siyahısında birinci yerdədir. Soyuqqanlı, özünə güvənən, nəcib və iddialı duruşu ilə diqqət çəkirlər. Onlar ən dəbli geyimləri və ən baxımlı halları ilə bir mühitə daxil olurlar.  Bu bürcün nümayəndələri təkcə görünüşü ilə deyil, həm də davranışı ilə çox cəlbedicidir- istiqanlı, enerjili və əli açıq olurlar. Həmçinin mehriban hərəkətləri ilə hər kəsi ətraflarına toplaya bilirlər.

 

Tərəzi bürcü - Astrologiyada ən gözəl və cazibədar bürclərdən biridir. Tərəzi bürcü olan insanlar adətən fiziki xüsusiyyətləri ilə bütün diqqəti çəkirlər. Onların fiziki ölçüləri adətən ideal olur, üzü və bədəni arasındakı harmoniya dərhal nəzərə çarpır. Tərəzi bürcləri gözəlliyin təcəssümü hesab olunur. Onlar həmişə baxımlı və zərif görünürlər. Danışığı, duruşu ilə hər kəsin ürəyincədirlər. 

 

Əqrəb bürcü - Sirli və gizli rəftarı ilə həmişə maraq obyektində olurlar. Məhz bu gizli tərəfləri onları cazibədar göstərir. Əqrəb aurası güclü olan bürclər arasındadır. Mənfi vəziyyətlərdə belə bu bürcün nümayəndələri  müsbət düşünərək hər şeyin öhdəsindən asanlıqla gələ bilirlər.  Onlar hər zaman fərqli baxışları ilə diqqət çəkir. Şir və tərəzi kimi əqrəblər də öz görünüşünə çox əhəmiyyət verir. Həmişə baxımlı və iddialı olmağı xoşlayırlar. Bu cəhətləri ilə digər insanların təqdirini qazanırlar.

 

Qoç bürcü - Astrologiyada özünə güvənən bürclərdəndir. Onun öhdəsindən gələ bilməyəcəyi heç nə yoxdur. Dik duruşuna, özünə inamına hər kəs həsəd aparır. Qoç bürcü altında doğulan insanların xarakterik quruluşu daxil olduqları hər mühitdə dərhal diqqət çəkmələrini təmin edir. Şən, enerjili və ekstravert insanlar olduqları üçün vazkeçilməz olurlar. Girdiyi hər mühitdə bütün diqqətləri üzərinə çəkən qoç bürcünün güclü davranışı heyranlıq doğurur.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR