Haluk Bayraktar Zelenski ilə görüşdü: "Ən qısa zamanda..." - FOTO
Dünya
12:53 / 19.08.2022
5448
Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə H. Bayraktar "Twitter" hesabında paylaşım edib.
“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı, Prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar bildirib.
Bugün halkına liderlik, ordusuna başkomutanlık yapan Ukrayna'nın kahraman Cumhurbaşkanı Sayın @ZelenskyyUa ile bir araya geldik.
— Haluk Bayraktar (@haluk) August 18, 2022
İnsanlık adına umudumuz; en kısa zamanda adil ve kalıcı bir barış... pic.twitter.com/595bzsZ6ol
Turan Rzayev,
Sfera.az