Naviqasiya və rabitə sistemlərində problem yaranacaq – Elm adamlarından XƏBƏRDARLIQ

Naviqasiya və rabitə sistemlərində problem yaranacaq – Elm adamlarından XƏBƏRDARLIQ

Elm adamları Günəşdə silsilə partlayışlar nəticəsində yaranan fırtınanın Yerə doğru yönələ biləcəyi barədə xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, son günlərdə Günəşin səthində CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) baş verib. Kosmik hava ekspertləri xəbərdarlıq ediblər ki, tac kütlələrinin atılması hazırda Yerə doğru gedir və bu, peyklərin və digər mühüm sistemlərin pozulmasına səbəb ola bilər.

 

Qeyd olunub ki, sözügedən kütlələr bizə doğru irəlilədikcə, daha güclü partlayışın olması mümkündür. Kütlələrin Yerə cümə axşamı və ya cümə günü çatacağı gözlənilir. Eyni zamanda bu iki “CME”nin G3 sinifli geomaqnit qasırğasına səbəb ola biləcəyi ehtimal edilir – bu isə "şiddətli" fırtına kimi müəyyən edilən kateqoriyadır.

 

Bu cür hadisələr G1-dən G5-ə qədər miqyasda təsnif olunur. Ancaq bu həftəki günəş fırtınalarının ən pis halda G3-ə çatması gözlənilir. Bu, bəzi enerji sistemləri, naviqasiya üçün kiçik problemlər yarada, peyklərə mənfi təsir edə bilər. Böyük Britaniya Meteorologiya Xidmətinin məlumatına görə, bu hadisə İngiltərənin şimalında və ya Nyu Yorkda səmada işıqların görünməsi deməkdir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...