Salman Rüşdiyə hücum edən gənc: "Ruhullah Xomeyninin heyranıyam"

Salman Rüşdiyə hücum edən gənc:

Salman Rüşdiyə hücum edərək bıçaq zərbələri ilə yaralayan Hadi Mətər İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin heyranı olduğunu deyib. Lakin o, Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.


Sfera.az xəbər verir ki, Hadi Mətər "Şeytan ayələri" kitabının yalnız bir neçə səhifəsini oxuduğunu və tvitterdə Salman Rüşdinin Şetokua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara aldığını deyib:


"Məncə, o, böyük insan idi. Bu haqda deyə biləcəyim tək şey budur".


H. Mətər Salman Rüşdini bəyənmədiyini, onun İslama və müsəlmanların inanclarına hörmətsizlik etdiyini söyləyib.


Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu-Yorkda çıxışa başlamazdan öncə hücuma məruz qalıb. Rüşdiyə hücum edən 25 yaşlı Hadi Mətər məhkəmədə barəsindəki ittihamları rədd edib və günahsız olduğunu deyib.


Prokuror Hadi Mətəri ikinci dərəcəli qətl və ikinci dərəcəli hücumda ittiham edib.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...