Finlandiya Baş nazirinin çılğın əyləncə gecəsi GÜNDƏM OLDU: Narkotik istifadə edib? - ANBAAN VİDEO

Finlandiya Baş nazirinin çılğın əyləncə gecəsi GÜNDƏM OLDU: Narkotik istifadə edib? - ANBAAN VİDEO

Gecə həyatına düşkünlüyünə görə tez-tez tənqid hədəfinə çevrilən Finlandiyanın 36 yaşlı Baş naziri Sanna Marin yenidən gündəmi silkələyib.

 

Sfera.az xəbər verir ki, Baş nazirin əyləndiyi gecədən görüntülər mediaya sızıb.

 

Görüntülərdə Baş nazir çılğınca rəqs edir və onun dostlarından biri "kokain" deyə qışqırır.

 

Video mediada yayılandan sonra müxalifət S.Marindən dərhal narkotik testindən keçməyi və nəticələri ictimaiyyətə açıqlamağı tələb edib.

 

Sanna Marin bu gün keçirdiyi mətbuat konfransında narkotikdən istifadə etdiyi ilə bağlı iddianı qətiyyətlə rədd edib:

 

“Gizlədəcək bir şeyim yoxdur, mahnı oxudum və rəqs etdim. Qanundankənar heç bir şey etməmişəm. Çox içki içən biri deyiləm. Bu görüntülərin yayılacağına inanmırdım". 

 

Qeyd edək ki, Sanna Marin keçən il koronavirus qaydalarını pozaraq gecə yarısı əyləncə klubuna getdiyi üçün də üzr istəmişdi.

 

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...