Çində dərc olunan “Ağ kitab”da nələr yazılıb? – Tayvanda həyəcan

Çində dərc olunan “Ağ kitab”da nələr yazılıb? – Tayvanda həyəcan

Çin-Tayvan gərginliyi fonunda ötən günlərdə Pekində yayımlanan “Ağ kitab” əsəri diqqət çəkib. Çin sözügedən sənədi hər iki ildən bir dərc edir və burada növbəti illər üçün ölkənin milli təhlükəsizlik strategiyası bəyan olunur.

Maraqlıdır, “Ağ kitab”da nələr var?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu qeyd edib ki, sənəddə növbəti dəfə Tayvana Çinlə “bir ölkə, iki sistem” əsasında birləşmək təklif olunub:

 

“Hazırkı “Ağ kitab”ın “Tayvan məsələsi və yeni dövrdə Çinin yenidən birləşməsi” bölməsində yazılıb ki, Tayvan Çinlə birləşməkdən imtina edərsə, problem güc yolu ilə həll oluna bilər:

 

“Pekin adanı Çinə birləşdirmək üçün bütün imkanlardan istifadə edəcək, Tayvanın müstəqilliyinə çalışan separatçı fəaliyyətlərlə heç zaman barışmayacaq. Çin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün möhkəm qətiyyət nümayiş etdirməyə hazırdır”.

 

Kitabda yazılana görə, Pekinin qətiyyətli addımlardan Tayvanda yaşayan dinc sakinlər zərər görməyəcəklər:

 

“Güc yalnız başqa vasitələrə seçim qalmadıqda istifadə ediləcək”.

 

Bu cümlə bir daha ondan xəbər verir ki, Pekin hərbi gücdən istifadə edəcəyini istisna etmir”.

 

Politoloq “Ağ kitab”ın Tayvanda hansı reaksiyaya səbəb olduğuna da toxunub:

 

““Reuters” agentliyi bu suala cavab tapmaq üçün Tayvanı idarə edənlərə müraciət edib. Onlar həm Pekinin “Ağ kitabını”, həm də “bir ölkə, iki sistem” prinsipini rədd ediblər. Ümumiyyətlə Pekinin dərc etdiyi “Ağ kitab” bir daha göstərir ki, Çin gec və ya tez Tayvan adasını özünə biləşdirəcək. Bu danışıqlar yolu ilə baş verərsə, hamı rahat nəfəs alacaq, yox əgər hərbi toqquşma ehtimalı artarsa, beynəlxalq vəziyyət gərginləşəcək. Dünyada Rusiya-Ukrayna savaşına bənzər durum yaşanacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...