İradə İsaq: “Bu nə sözdü danışırlar, mənim oğlum...” - MÜSAHİBƏ

İradə İsaq: “Bu nə sözdü danışırlar, mənim oğlum...” - MÜSAHİBƏ

Yaxın günlərdə Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi Yaşar İsakovla ailə quran tanınmış tele-aparıcı İradə İsaq Teleqraf.com-a müsahibə verib. 

 

-Sentyabrın 1-də ailə qurdunuz, toyunuz oldu. Bal ayına getmisinizmi, yaxud getməyi planlaşdırırsınızmı?


-Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Nə qədər mətbuat nümayəndələri zəng etdilər, danışmadım. İşlə, jurnalistika ilə bağlı suallarınıza cavab verə bilərəm, amma şəxsi həyatla əlaqəli sualları cavablandırmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Bu haqda tamaşaçıya nə isə deməyi düzgün hesab etmirəm. 


-Toyunuzda gəlinlik geyinməməyiniz təəccüblə qarşılandı. Buna  səbəb nə idi?


-Gəlinlik geyinməməyimin böyük bir səbəbi yoxdur. Niyə müzakirə mövzusu edirlər? Bəzi saytlar çox şeylərə toxundular. Məncə, lazım deyil. Mən özüm bilərəm nə geyinirəm... Toy paltarım öz seçimim idi. O cür görünmək istədim. Bunun məsələyə nə dəxli var? 


-Oğlunuz Yunisin toyunuzda qonaqları qarşılamasına müxtəlif yöndə reaksiyalar oldu. Buna  münasibətiniz necədir?


-Yunis uşaqdır və məclisdə heç bir qonaq qarşılamayıb. Uşaq olduğu üçün də zalda çox otura bilməzdi. Zala gəlib-gedirdi. Həmin vaxt qonaqlar zala daxil olurdular. O da rastlaşdığı qonaqlarla, qohum-əqrəba, dost-tanışla rastlaşanda görüşüb. O uşaqdır, hələ qonaq qarşılamaq nədir, başa düşmür. Ona deyilməyib ki, qonaqları qarşıla... Sadəcə,  Yunisə kimlərin gəldiyi maraqlı idi. Baxırdı, sonra nənəsinə, babasına deyirdi ki,  Filankəs gəldi. 


Bir daha deyirəm, oğlum qonaq qarşılamayıb, ona deməmişəm ki, qonaq qarşıla və ya bunu et. 11 yaşı var, sərbəst qərar verir. O nə boş şeylərdir, danışırlar?.. Jurnalistlər nələrə fikir verirlərmiş?.. Bu, heç mənim ağlıma gəlmir. Heç zaman belə xırdalıqlara əhəmiyyət verməmişəm.  


 

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...