Uzunmüddətli münasibət istəyirsinizsə, BU BÜRCLƏRDƏN uzaq durun!

Uzunmüddətli münasibət istəyirsinizsə, BU BÜRCLƏRDƏN uzaq durun!

Bəzi insanlar öhdəlikdən və uzunmüddətli əlaqələrdən qorxurlar. Bu insanlar nə qədər çalışsalar da, ömürlərinin sonuna qədər bir adama bağlanaraq həyatlarını yaşaya bilmirlər, uzun müddətli münasibətlərinin uğursuzluğu səbəbindən yeni addımlar atmaqdan çəkinirlər.

Sfera.az bu dəfə münasibətlərdə ən uğursuz olan bürclər haqqında məlumatı təqdim edir.

 

Buğa bürcü -  Çox inadkar, tələbkar və obsesifdir. Bir şey haqqında qərar qəbul etdikdən sonra güzəştə getmirlər. Bu, mühüm qərarlar və karyera baxımından çox müsbət xüsusiyyət olsa da, əlaqələr üçün olduqca zərərli ola bilər. Buğalar həqiqətən inadkar olduqları üçün tərəfdaşlarını dinləmirlər. Buğa bürcünün bu davranışı uzunmüddətli münasibətlərin zədələnməsinə səbəb olur.

 

Əkizlər bürcü - Uzun müddət sabit münasibətdə qala bilmirlər. Onların qayğısına qalan tək şey özləridir. Partnyorlarının hisslərini dinləməyi və ya başa düşməyi unudurlar və bu, çox vaxt ayrılıqlara səbəb olur. Əkizlər bürcünün nümayəndələri həmişə yeni insanlarla ünsiyyət qurmağı sevirlər. Flört etməyi sevdikləri üçün partnyoru ilə qalmaq onlar üçün çətindir.

 

Əqrəb bürcü - Kiməsə güvənməkdə çox çətinlik çəkirlər, daim qarşısındakının xəyanət edib-etməyəcəyi ilə maraqlanırlar. Bu kiçik etibarsızlıqlar onların beyninə o qədər daxil olur ki, onsuz da mövcud olan yaxşı münasibətləri məhv edirlər. Əqrəblər hər şeyə çox maraq göstərirlər, lakin özləri haqqında sirr vermirlər. Bu rəftarları da münasibət qurmağı çətinləşdirir.

 

Oxatan bürcü - Bir yerdə ilişib qalmağı sevmir, onlar həmişə azad olmaq istəyirlər. Sadiqlik onlar üçün deyil. Səyahət etməyi və yeni imkanları sevirlər. Ona görə də həmişə özlərini bir adama bağlayıb hardasa ilişib qalmaqdan qorxurlar. Bu bürcün nümayəndələri hər şeydən çox tez sıxıla bilərlər. Bu xüsusiyyətlər onların uzunmüddətli əlaqələr qurmasına mane olur.

 

Dolça bürcü - Emosional və ifadəli hissələrini gizli saxlayırlar. Onlar kiməsə öz həqiqi kimliyini bildirməkdən çəkinirlər. Dolçalar insanlarla xüsusi bir şəkildə davranmağa başlayanda paranoyaklaşır və bu, onları münasibətdən tamamilə uzaqlaşdırır. Onlar boğulmuş və bir münasibətə bağlı hiss edən kimi geri çəkilir, həmişə azad olmaq istəyirlər. Bir insandan asılı olduqları üçün özlərini məhdud və bədbəxt hiss edə bilərlər.

 

Qoç, Xərçəng, Şir, Qız, Tərəzi, Oğlaq və Balıqlar isə münasibətlərdə çox diqqətlidirlər. Onlar uzunmüddətli perspektivdə güclü əlaqələr saxlamağın vacibliyini bilirlər. Münasibətlərini qorumaq üçün əllərindən gələni edirlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...