MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi?

MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi?

“MİDA güzəştli mənzillərin satışı haqqında növbəti elan verib. İlk dəfə olaraq rekord sayda, 815 mənzilin onlayn formada satışa çıxarılacağı bildirilib. Burada maraqlı məqam odur ki, adıçəkilən elanda mənzillərin satışının əvvəlki qaydada, yəni onlayn formada olacağı bildirilib. Yəni onlayn satış  “Elektron hökumət” portalı üzərindən  “Güzəştli mənzil” sistemi şəxsi kabinet formalaşdırmaqla  elektron qaydada həyata keçiriləcək”.

Sfera.az xəbər verir ki, bu szöləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.

 

Onun sözlərinə görə, elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir:

 

“MİDA  bu gün dərc olunan elanında indiyədək mövcud olan qaydalarda hansısa dəyişiklik haqqında məlumat verməyib. Amma DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil ” infromasiya sistemi və güzəştli mənzillərin seçim qaydaları təkmilləşdiriləcək. Bununla bağlı bizim tərəfimizdən də bir xeyli təkliflər verilmişdi.

 

Yeri gəlmişkən, ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ekosistemindəki yeni normalara görə, MİDA sistemi də kritik informasiya infrastrukturuna daxil olan qurumlardan olacaq. Belə olan halda bu informasiya sisteminin də yenidən İT auditi gündəmə gəlməlidir. Ümumiyyətlə, düşünürəm ki, yeni satışdan öncə sistemin təhlükəsizliyinin və botlara, kənar müdaxilələrə qarşı daynıqlığının auditdən keçirilməsi, DEMO versiya ilə satış modulunun kodlarının tam dəyişdirilməsi, onlayn satış prosesini əks etdirən bütün datanın açıqlanması, ən tez və ən gec çəkilən mənzillər haqqında ayrıca məlumatların verilməsi, satış prosesində şəffaflığın təmin edilməsi, satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması və s. doğru olardı.

 

Hökumətin və MİDA-nın güzəştli mənzillərin alternativ, oflayn satış üsullarını təqdim etməsi də doğru olardı”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR