Ermənistanda Rusiya sülhməramlılarına qarşı etirazlar böyüyür – Təxribat ola bilərmi?

Ermənistanda Rusiya sülhməramlılarına qarşı etirazlar böyüyür – Təxribat ola bilərmi?

Ermənistan mediasında antiRusiya meyillərinin günü-gündən artdığı müşahidə olunur. Bu fonda sosial medianın erməni seqmentində xüsusilə rus sülhməramlılarının əmrlərinə tabe olmamaqla bağlı çağırışlar artır.

Maraqlıdır, ermənilər tərəfindən rusiyalı sülhməramlılara qarşı hər hansı təxribat ola bilərmi?

 

Bununla bağlı politoloq Teymur Qasımlı Sfera.az-a açıqlamasında deyib ki, ermənilər tarixən öz dövlət maraqları üçün  Rusiyaya qarşı belə kampaniyalar aparıblar:

 

“Nəticə etibarilə yenə barışıb və Azərbaycan əleyhinə birgə hərəkət ediblər. Məsələn, çarın dövründə kilsələri bağlanmış ermənilər etirazlar etdilər, daha sonra Çar İkinci Aleksandrın zamanında kilsələr yenidən açıldı. Yəni bu hadisələr mütəmadi olaraq olub. İndi də öz dövlət maraqları çərçivəsində rus sülhməramlılarını günahlardırırlar. Bu, təbii haldır. Müharibə, o cümlədən sonuncu “Qisas” əməliyyatından sonra ermənilərin ciddi itkiləri oldu. Amma düşünmürəm ki, onlar Rusiya sülhməramlılarına qarşı hər hansı təxribat etsinlər”.

 

Müsahibimiz bildirib ki, ermənilərin əks addım atması da mümkündür: “Yəni sülhməramlılara qarşı təxribatlar törədib, bunu bizim üstümüzə də ata bilərlər. Bu, erməni xislətidir. Ümumilikdə orada olan qeyri-qanuni erməni silahlı birləşmələrinin hamısı Rusiyanın əmr və tapşırıqlarını yerinə yetirir. Təxribat olacaqsa, yalnız onlar edə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...