“Pensiya fondu”na əlavə 400 milyon manat vəsait daxil olub

“Pensiya fondu”na əlavə 400 milyon manat vəsait daxil olub

2022-ci ilin yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609 milyon 464,5 min manat olub.

 

Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz və ya 391 milyon 262,7 min manat artıb. Proqnoz  44 milyon 238,1 min manat artıq icra edilib.

 

Xidmətin məlumatına əsasən daxilolmaların artması muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində baş verib.

 

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 90.9 milyon manat olub və proqnoz 104,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artaraq 66,1 milyon manat təşkil edib, proqnoz 103,4 faiz icra olunub.

 

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 458,6 milyon manat olub, proqnoz 103,3 faiz yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,8 faiz artaraq 311,6 milyon manat təşkil edib, proqnoz 101,8 faiz icra olunub.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...