Rusiyanın büdcə gəlirləri kəskin azalıb - sanksiyalar öz işini görür

Rusiyanın büdcə gəlirləri kəskin azalıb - sanksiyalar öz işini görür

2022-ci ilin iyul ayında Rusiyanın federal büdcəsinin qeyri neft-qaz gəlirləri illik ifadədə kəskin şəkildə azalıb.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Maliyyə Nazirliyi açıqlayıb. Azalma 29 faiz və ya 990 milyard rubl (18 milyard dollar) təşkil edib.

 

Məlumatlara görə, azalma böyüklüyünə görə, 2011-ci ilin əvvəlindən bəri qeydə alınan rekord göstəricidir.

 

Federal büdcənin neft və qaz gəlirləri də azalıb. Bu mənbə üzrə gəlirlər illik müqayisədə 22 faiz azalaraq 771 milyard rubl təşkil edib.

 

Bununla belə iyulda federal büdcədə profisit qeydə alınıb və profisitin həcmi 892 milyard rubl olub.

 

Qeyri-neft və qaz gəlirlərinin azalmasının səbəblərindən biri kimi ekspertlər sanksiyaların təsiri ilə bağlı tədarük zəncirlərinin pozulmasını göstərir. Amma bununla yanaşı biznesin gəlirinin azalması, iqtisadi fəallığın zəifləməsi də büdcə gəlirlərinə mənfi təsir göstərib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR