Makronun tətil görüntüləri fransızları özündən çıxardı - FOTOLAR

Makronun tətil görüntüləri fransızları özündən çıxardı - FOTOLAR

Fransa Prezidenti Emmanuel Makronun son fotoları yerli əhalini qəzəbləndirib.

 

Sfera.az bildirir ki, bir müddətdir isti hava və yanğınlarla mübarizə aparan Fransaya Avstriya, Almaniya, Yunanıstan, Polşa və Rumıniya kimi ölkələr köməyə gəliblər.

 

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Makron, “Avropa həmrəyliyi iş başında”, deyə qeyd edib. Lakin ardınca prezidentin yayılan tətil fotoları fransızları özündən çıxarıb.

 

Belə ki, Fransa yanarkən Aralıq dənizi sahilindəki Fort-de-Breqançonda tətilini yarımçıq qoymayan Makron reaktiv xizəyə minərək çimərlikdə günəş vannası qəbul edib. Sözügedən görüntülər təkcə Fransa deyil, Britaniya mətbuatında da dərc olunub. Müxalifət bildirib ki, vətəndaşlarına enerjiyə qənaət etməyi tövsiyə edən Makronun istifadə etdiyi reaktiv xizək hətta avtomobildən də çox yanacaq sərf edir.

 

Sosial şəbəkələrdə yazılan şərhlərdə Makron üçün “cinayətkar” və “eko-riyakar” ifadələri işlədilib. Fransızlar da Emmanuel Makronun iqlim dəyişikliyini anlamadığına dair fikirlər səsləndiriblər.

 

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...