Çin oliqarxları Qərblə qarşıdurma istəmirlər

Çin oliqarxları Qərblə qarşıdurma istəmirlər

“Çin Kommunist Partiyası qurultaya hazırlaşır. Partiyanın sədri və ölkənin lideri Tsi Sinpin növbəti 5 il də ölkəyə rəhbərlik etmək istəyir. Halbuki, illər uzunu Çində lider hər 10 ildən bir dəyişirdi, yəni partiyaya iki dəfədən çox lider seçilmək gərəkli bilinmirdi. Tsi Sinpin üçüncü dəfə partiyaya sədr seçilmək marağındadır. Tsi Sinpin Çinin iqtisadi inkişafını təmin edib, qlobal güclərlə mübarizə aparıb və s. Ona görə də partiyada onun ardıcılları çoxdur”.

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O, qeyd edib ki, Çin Kommunist Partiyasının rəhbərliyində fərqli düşünənlər barədə də xəbərlər var:

 

“Narazılar Çində pandemiyə ilə mübarizənin həddən artıq sərt olduğunu və ABŞ-la münasibətlərin gərginləşməsinin doğru olmadığı qənaətindədirlər. Çində iqtisadiyyatın dövlətin əlində mərkəzləşməsi və nəzarətin artırılması da tənqid olunur. Çindəki nəhəng texnologiya şirkətlərinin dövlət tərəfindən ciddi nəzarətə alınması çinli oliqarxları narazı salır. ABŞ sanksiyaları bu şirkətlərinin gəlirlərini azaldır. Tsi Sinpinin Amerikadan uzaqlaşaraq Rusiya ilə yaxınlaşması çinli sahibkarların ürəyincə deyil. Çünki Çin şirkətlərinin əsas tərəfdaşları Qərb ölkələrindədir.

 

Tsi Sinpinin dövründə Çində insan haqlarının vəziyyəti, uyğur türklərinə qarşı zorakılıq hallarının davam etdirilməsi və dissidentlərin sıxışdırılması Pekinlə Qərb arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Tayvan adası ətrafındakı vəziyyət Pekinlə Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirib.

 

Çinin 1970-ci illərdəki lideri və əsas islahatçısı Den Syaopin kommunist lider Mao Tsedundan sonra partiyada şəxsiyyətə pərəstişi qadağan etmişdi. Çünki Mao Tsedun dövründəki avtoritarizm Çinə böyük problemlər yaşatmış, milyonlarla insan sıxışdırılmanın və təqiblərin qurbanı olmuşdu. Tsi Sinpin Mao Tseduna bənzəməsə də, Kommunist Partiyasının bir qrup üzvü alternativlərə də imkan yaradılmasının tərəfdarıdırlar”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...