Müharibə Rusiya iqtisadiyyatını 4 il geri atacaq

Müharibə Rusiya iqtisadiyyatını 4 il geri atacaq

Müharibənin Rusiya iqtisadiyyatını 4 il geri atacağı gözlənilir.

Sfera.az xəbər verir ki, “Bloomberg”in iqtisadçılarının proqnozuna görə, Rusiyanın ümumi daxili məhsul (ÜDM) istehsalı bu il 4,7 faiz kiçiləcək.

 

“Bloomberg” tərəfindən sorğuya qatılan 12 analitikin orta hesablamasına görə, mövcud vəziyyət dəyişməsə, Rusiya iqtisadiyyatı bir neçə il davamlı kiçiləcək.

 

Rusiya iqtisadiyyatı 2018-2021-ci illərdə ardıcıl 4 il böyümüşdü. 2022-ci ildəki sanksiyalardan sonra itisadiyyat 4 illik böyüməni birdəfəyə itirəcək və 2018-ci ildəki ölçülərə qayıdacaq.

 

Ehtimal olunur ki, 2023-cü ildə Rusiya iqtisadiyyatının böyüklüyü daha 2 faiz kiçiləcək. Çünki Avropanın enerji qadağası Rusiyadan ixracı azaldacaq.

 

Qeyd edək ki, Rusiya iqtisadçıları da ən azı 2023-cü ilin ikinci yarısına kimi Rusiya iqtisadiyyatının kiçiləcəyini proqnozlaşdırır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR