Donald Tramp həbs oluna bilər

Donald Tramp həbs oluna bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs oluna bilər.

Sfera.az-ın məlumatına görə, keçən il Ağ Evdən çıxarkən Floridadakı evinə, Mar-a-Laqoya qutularla kağız, sənəd və müxtəlif materiallar apardığı ortaya çıxan Trampı imzaladığı qanunlara görə, 5 il həbs cəzasının gözlədiyi bildirilib.

 

Qeyd olunub ki, 2018-ci ildə məxfi məlumatları ehtiva edən sənəd və ya materialların icazəsiz saxlanmasına görə bir il həbs cəzasını nəzərdə tutan təklif, sabiq Ağ Ev rəhbərinin imzası ilə 5 ilə qədər uzadılaraq qüvvəyə minib. Yenə Trampın imzası ilə bu səbəbdən məhkumluq “ağır cinayət” sırasına daxil edilib.

 

Digər tərəfdən ötən günlərdə Donalda qarşı istintaq aparan FTB-nin rəhbəri Kristofer Vreyi də sabiq prezidentin təyin etdiyi vurğulanıb.

 

Xatırladaq ki, FTB agentləri bu həftənin əvvəlində Trampın evinə basqın edərək, təxminən 10 qutu ləvazimat müsadirə ediblər. Amerika mətbuatının yazdığına görə, sənəddə axtarışın əsaslandırılması ilə yanaşı, FTB agentlərinin Mar-a-Laqodan topladığı materialların siyahısının da yer alacağı gözlənilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...