Azərbaycanda son 5 ildə doğulanların sayı kəskin azlalıb, abortlar isə... – Statistika

Azərbaycanda son 5 ildə doğulanların sayı kəskin azlalıb, abortlar isə... – Statistika

“Son iki ildə Azərbaycanda doğulanların sayı 30 min azalıb. Son 5 il ərzində isə doğuşların sayında azalma 50 minə yaxındır”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı Fərid Mehdizadə rəsmi məlumatlara istinadən bildirib.

 

O, qeyd edib ki, 2021-ci ildə diqqət çəkən digər bir məqam abortların sayındakı kəskin artımla bağlıdır:

 

“Belə ki, 2021-ci ildə Azərbaycanda abortların sayı 47 minə çatıb. Cəmi bir il öncə, 2020-ci ildə bu rəqəm 34 min 700 idi. Yəni, bir il ərzində Azərbaycanda abortların sayı 12 mindən çox və ya 35 faiz artıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Artıq il ərzində qeydə alınan abortların doğuşlara nisbəti 42 faizə yüksəlib. Cəmi bir il öncə bu göstərici 28 faiz, 5 il öncə isə 22 faiz idi”.

 

F.Mehdizadənin qənaətincə, abortların sayındakı kəskin artım ölkədə son illər sosial iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır və bəlkə də bu amil təbii artımın azalmasına selektiv abortlardan daha çox təsir edər.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR